"GERMES" - Consulting and Training Center

HR & Business Expert in Azerbaijan

Azərbaycanda Beynəlxalq İnsan Resursları üzrə yeganə tədbir olan “Baku HR Experience 3” başa çatıb

http://gun.az/xeber-azerbaycanda-beynelxalq-insan-resurslari-uzre-yegane-tedbir-olan-baku-hr-experience-3-basa-catib-t180156.html#.Vk-US_2hfIU

Azərbaycanda Beynəlxalq İnsan Resursları üzrə yeganə tədbir olan “Baku HR Experience 3” başa çatıb

İR və İdarəetmə mütəxəssisləri üçün 2015-ci ilin payız mövsümünün ən mühüm hadisəsi sayılan “Baku HR Experience” tədbirinin üçüncü buraxılışı öz işini uğurla başa çatdırıb.

Azərbaycanın aparıcı tədbir agentliklərindən biri olan “P World” şirkəti tərəfindən təşkil olunan tədbir, 16-17 noyabr tarixlərində  mehmanxanasında keçirilib.
“Baku HR Experience 3” tədbiri insan resursları sahəsində regional və qlobal səviyyəli trendlərə həsr edilmiş çıxışlar və təqdimatlarla yeniliyə imza atdı.
“Bu ilki tədbir İnsan resursları üzrə mütəxəssislərə bu sahədə geniş biliklər vermək üçün İstedadın İdarəedilməsi, İsçilərin İşə Cəlb Olunması Strategiyası, Şirkətdaxili mədəniyyəti, Dəyişikliyin idarəedilməsi və Positiv iş mühiti kimi mövzulara həsr edilmişdir. Tədbir həm də stresin idarə edilməsi və işçilərin rifahı mövzusunda dünyanın ən məşhur İR mütəxəssisi olan Teddi Frank tərəfindən aparılan bir günlük interaktiv təlimi də əhatə edirdi” – P World şirkətinin Marketinq üzrə baş mütəxəssisi Sanja Popovska öz çıxışında bildirmişdi.
Tədbirə dəvət olunmuş spikerlər arasında “Unilever” (London) şirkətinin Qlobal İstedadlar Departamentinin Direktoru, “Ice Cream & Beverages” şirkətinin sabiq və Cenevrədə yerləşən “Pepsi Lipton” birgə Müəssisəsinin hazırki Qlobal İR Departamentinin Direktoru Yuliya von Dyuval; “StrategyFocusedHR” Konsaltinq şirkətinin İdarəedici direktoru və “The Great Place to work Gulf” şirkətinin sabiq direktoru Ron Tomas; “Bristol-Myers Squibb” (Fransa) şirkətinin İnsan Resursları üzrə sabiq vitse-prezidenti Yolain fon Barzi; “Hug Digital” şirkətinin Baş Əməliyyat Direktoru Hüseyn Dajani; “Philips” şirkətinin Korporativ Mədəniyyət və Dəyişikliklərin İdarə Edilməsi üzrə Qlobal Direktoru və sabiq vitse prezidenti Teddi Frank; “Diageo” (Avropa) şirkətinin sabiq İR Departamentinin direktoru Albert Hakers və “The One” (Dubay) şirkətinin nümayəndəsi Ravi Sinh kimi mütəxəssislər var idi.
Paşa Bankın Korporativ Kommunikasiyalar Departamentinin Meneceri Ceyhun Atayev qeyd etdi: “Həmişəki kimi “Baku HR Experience” tədbiri yerli mütəxəssislərə şirkətlərinin inkişafı yolunda mühüm rol oynayan və onların gündəlik fəaliyyətlərinin inkişaf etdirilməsinə yönələn bilik və bacarıqlar verdi.
16-sı axşam P World “Excellence in HR Awards” tədbirinin üçüncü buraxılışını qürurla açıq elan etdi. Çoxsaylı iştirakçıları diqqətlə nəzərdən keçirdikdən sonra beynəlxalq səviyyəli mütəxəssislərdən təşkil olunmuş münsiflər heyəti İR sahəsində iştirakçıları 3 kateqoriya üzrə 6 mükafatla təltif etdi.
“Germes Consulting” şirkəti kiçik müəssisə, “Əmrahbank” şirkəti isə orta müəssisə kateqoriyasında “İlin İR Komandası” mükafatına layiq görüldü. “İlin İR Meneceri” mükafatı üzrə böyük müəssisə kateqoriyasında “Azfen” şirkətindən Sayadxanım Hüseynzadə, orta müəssisə kateqoriyasında “Nobel Oil” şirkətindən Fatimə Mirzə və kiçik müəssisə kateqoriyasında “Germes Consulting” şirkətindən Milana Rəhimova olmaqla üç mükafat təltif olundu.
Beynəlxalq münsiflər heyəti həmçinin Nərminə Məhərrəmovanı “İlin İR Debütantı” mükafatına layiq gördü. Biz qalibləri bir daha təbrik edir və uğurlu il arzulayırıq!
Azərbaycanın İR üzrə aparıcı tədbirlərindən biri olan “Baku HR Experience” tədbirinə  “Korporativ Bank Seçimi” qismində Paşa Bank və nümayiş sponsoru olaraq “Fireworks HRM” sponsorluq etmişlər.
Tədbir, eyni zamanda, rəsmi tərəfdaşlar “Amcham”, “TheClub — Boulevard Hotel”, “Uber”, “LinQuality” və rəsmi gənclik tərəfdaşı kimi AIESEC tərəfindən dəstəklənib.
Trend.az, Day.az, Gün.az, Azernews, Mak.az tədbirin rəsmi media tərəfdaşları qismində çıxış etmişlər.
Siz tədbirin gündəliyi ilə rəsmi səhifəmizdə tanış ola bilərsiniz:
Foto şəkilləri “P World Azərbaycan” şirkətinin Rəsmi səhifəsindən əldə edə bilərsiniz: http://on.fb.me/1kDUxxG
 
Gün.Az
Updated: Ноябрь 20, 2015 — 9:46 пп
"GERMES" - Consulting and Training Center © 2015 Frontier Theme